CƏMİYYƏT


Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda “Neft məhsulları saxlanılan çənlərdə yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
AZƏRTAC xəbər verir ki, təlim zamanı Neft Emalı Zavodunun 1 nömrəli rezervuar parkında baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər.