Beynəlxalq konfransda Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasından danışılıb
29.09.2023 [18:43]
Xəbərin mətni
Sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa konfransı keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik - gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı!” mövzusunda müzakirələr zamanı çıxış edən Sahibə Qafarova Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.