Azərbaycan Dövlət İnformasiya Agentliyi

DYP beynəlxalq tədbirlə bağlı paytaxt sakinləri və sürücülərə müraciət edib

30.09.2023 [11:46]

Xəbərin mətni

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt sakinləri və sürücülərə müraciət edib. Müraciət oktyabrın 2-6-da Bakının dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə əlaqədardır.
Bu barədə AZƏRTAC-a idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.