CƏMİYYƏT
Polisin keçirdiyi əməliyyat zamanı ölkəyə 60 kiloqram narkotik vasitə gətirən 3 nəfər tutulub
Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları əməliyyatlar davam etdirir.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən üç nəfər - əvvəllər məhkum olunmuşlar 1987-ci il təvəllüdlü Tural Həsənov tanışı 1993-cü il təvəllüdlü Pünhan Mehdizadə və 1995-ci il təvəllüdlü Mahir Aslanlı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyənləşdirilərək saxlanılıblar.
Onlardan, idarə etdikləri avtomobil və yaşayış ünvanlarından 60 kiloqram, o cümlədən güclü təsirə malik 41 kiloqram heroin, 19 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 2 min ədəd “metadon” həbi, elektron tərəzilər və narkotiklərin qanunsuz dövriyyəsi zamanı əldə edilən pul vəsaitlərinin nağdlaşdırılmasında bilavasitə istifadə olunan bank kartları aşkarlanıb.