Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb

30.09.2023 [18:35]

Xəbərin mətni

2-6 oktyabrda keçiriləcək 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonunda 33 ölkədən 140-dan çox şirkətin stendi artıq quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 30-da "Azərkosmos"un Bakı Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyi məkana mediatur zamanı Azərbaycan Kosmik Agentliyi - “Azərkosmos”un İctimaiyyətlə əlaqələr və kommunikasiya qrupunun rəhbəri Fidan Behbudova bildirib.