CƏMİYYƏT


Cəbrayıl şəhərinin elektrik şəbəkəsi tamamilə yeraltı qurulacaq

Ötən ilin oktyabr ayında ölkə başçısı tərəfindən Cəbrayılda təməli qoyulan Rəqəmsal İdarəetmə Mərkəzi artıq fəaliyyətə başlayıb. Mərkəz dövlətimizin başçısı tərəfindən işə salınıb.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu mərkəzin iş fəaliyyəti barədə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mərkəz 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasından qidalanır və Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin edəcək. Həmçinin mərkəz vasitəsilə digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsi həyata keçiriləcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək.