CƏMİYYƏT


Kosmos hər kəs üçün

Bu günədək kosmosa 61 peyk göndərilib. Sonuncu dünən səhər orbitə buraxılıb. Proses gələcək həftələrdə də davam edəcək. Bu barədə Beynəlxalq Astronavtika Federasiyasının sabiq prezidenti Jean-Yves Le Gall Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısında deyib. O bildirib ki, kosmik sənayedə 2010-cu ildən yeni kosmos adlandırılan yeni əsr başlayıb. Sabiq prezident Azərbaycanın “Azerspace 1” və “Azerspace 2” peyklərinin orbitə buraxılması mərasimində də iştirak edib.