CƏMİYYƏT


İnsanlar özləri də bilmədən kosmosun imkanlarından hər gün yararlanır

Bu gün Azərbaycanda tarixi hadisə yaşanır.Azərbaycan 50 il sonra yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir.Ölkəmizuzun illər sonra bölgədəki konfliktlərə son qoyub və belə bir dövrdə yüksək texnologiyanı əhatə edən Konqresin Azərbaycanda keçirilməsi regionun inkişafı üçün, texnologiyaların ölkəmizə gəlməsi üçün olduqca vacibdir. Bunu millət vəkili Tahir Mirkişili Beynəlxalq Astronavtika Federasiyasının Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısından sonra təşkil edilən mətbuat konfransında deyib.