SİYASƏT


Leyla Abdullayeva: Yalan çıxışlara son qoymağın vaxtıdır

Yalan çıxışlardan qurtulmağın vaxtıdır. Səhv və əsassız iddialar yaymaqla Fransa ictimai rəyə qeyri-sağlam ideyalar aşılamaqdan əl çəkməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransadakı səfirimiz Leyla Abdullayeva BFM televiziya kanalında çıxışında deyib.
Ermənilərin Qarabağ ərazisini tərk etməsi ilə bağlı BFM televiziya kanalına dəvət edilmiş səfir Leyla Abdullayeva bildirib ki, ermənilər öz istəkləri ilə gedirlər. “Bu, etnik təmizləmə deyil, Azərbaycanı əsaslandırılmamış fikirlərlə ittiham edə bilməzsiniz. Yalan çıxışlardan qurtulmağın vaxtıdır”,- deyə L.Abdullayeva eyni platformada yalan iddialar irəli sürən erməniyə cavab verib. Bildirib ki, Qarabağdakı ermənilər özləri qalmaq istəmirlər və onları heç kim məcbur etmir.