SİYASƏT
Yenidən qurulan Cəbrayıl və Zəngilan rayonları bu gün
Azərbaycan Prezidentinin bu günlərdə işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, “Cahangirbəyli” su elektrik stansiyasının açılışında iştirak etməsi, bir çox obyektlərdə görülən işlərlə tanış olması, verilən vədlərin, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini göstərir. Görülən işlər və nəzərdə tutulan tədbirlər, dövlət rəhbərinin müntəzəm olaraq işğaldan azad olunmuş ərazilərə səfər etməsi, yeni tapşırıqlar verməsi və işlərin gedişini daim nəzarətdə saxlaması dövlətə, torpağa, xalqa məhəbbətin, verilən vədə sədaqətin nümunəsi olmaqla bərabər, vətənin ucaldılması, xalqın bir mübariz yaradıcı, sülhsevər kimi tanıdılmasıdır.