CƏMİYYƏT


Ölkəyə 24 kiloqram narkotik vasitə gətirən daha 7 nəfər tutulub

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Növbəti tədbirlər zamanı İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha 7 nəfər - 1993-cü il təvəllüdlü Həsən Hacızadə, 1991-ci il təvəllüdlü Emil Əliyev, 1987-ci il təvəllüdlü Rüfət Mehdiyev, 1999-cu il təvəllüdlü  Nəriman Səfərov, 1982-ci il təvəllüdlü Hamayıl Abdullayeva,1986-cı il təvəllüdlü Vüqar Həsənov və 1989-cu il təvəllüdlü Yusif Məmmədov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Onlardan 24 kiloqram, o cümlədən güclü təsirə malik 9 kiloqram heroin, 3 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, 12 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 800 ədəd "metadon" həbi və elektron tərəzilər aşkar edilib.