CƏMİYYƏT


FHN: Metrodakı təlimə 5 ədəd texnika və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Xətai” stansiyasında təlim keçirilib. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimə rəhbərliyi FHN-in Baş əməliyyat idarəsi həyata keçirib. Əvvəlcə, FHN-in 112 - qaynar telefon xəttinə metronun “Xətai” stansiyasının platformaaltı kabel kollektorunda şərti qısaqapanma baş verməsi barədə məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.