CƏMİYYƏT


Altı aya inşa edilən Zəngilan Konqres Mərkəzi

Zəngilan Konqres Mərkəzi kompleksinin ilk gündən son günə kimi tikilmə prosesini nümayiş etdirən timelapse videosu yayılıb. Videoda Mərkəzin Oxçuçay sahilində yerləşməsi, işin qısa müddətdə başa çatıdılması üçün istifadə olunan resurslar və s. barədə məlumatlar qeyd olunur.
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur. Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib.