CƏMİYYƏT


“İnanırıq ki, tezliklə Qazaxın kəndləri də işğaldan azad ediləcək” - Quşçu Ayrım kəndindən REPORTAJ

Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Quşçu Ayrım kəndi uzun illər düşmənin atəşi altında olan yaşayış məntəqələrimizdən biridir. Sakinlər torpaqlarımızın azad olunmasından, ordumuzun qazandığı qələbədən ruhlandıqlarını, üçrəngli bayrağımızın indi Vətənimizin hər yanında dalğalanmasından qürur duyduqlarını deyirlər.
AZƏRTAC xəbər verir ki, Quşçu Ayrım ucqar sərhəd kəndlərdən biri kimi müharibənin dəhşətli üzünü görüb. Kəndin dörd tərəfində düşmən gülləsinin izlərinə rast gəlmək olur. Sakinlər isə elə əvvəlki kimi öz ev-eşiyində, təsərrüfatları ilə məşğuldurlar. Antiterror tədbirlərindən sonra Qarabağımızın tam azad olunması və ərazi bütovlüyümüzün təmin edilməsi onların da böyük sevincinə səbəb olub.