CƏMİYYƏT


Kosmonavtlar Milli Aviasiya Akademiyasının qonağı olub

Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin bir qrup üzvü Milli Aviasiya Akademiyasının qonağı olub. Akademiyanın rektoru Arif Paşayev kosmotavtlarla görüşüb və təhsil ocağı haqda qonaqlara məlumat verib. Daha sonra kosmonavtlar tələbələrin Startup layihələri və müxtəlif uçuş aparatlarının hazırlanmasında istifadə olunan texnologiyalarla tanış olublar. Onlara Milli Aviasiya Akademiyasının tədris bölmələri və təlim kompleksi haqqında da məlumat verilib. Tələbələrlə interaktiv sual-cavab formatında aparılan görüşdə türkiyəli Alper Gezeravci, rusiyalı Anna Kikina, almaniyalı Reinhold Ewald, BƏƏ-li Hazzaa AlMansoori, ABŞ-dan olan Anthony Antonelli kosmosa səyahət və kosmik missiyaları ilə bağlı təəssüratlarını bölüşüblər.