İQTİSADİYYAT


74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş poçt markalarının möhürlənmə mərasimi keçirilib

Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş poçt markalarının möhürlənmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasim Heydər Əliyev Mərkəzində keçirilib.
Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov və Beynəlxalq Astronavtika Federasiyasının (IAF) prezidenti Kley Mouri (Clay Mowry) markaları imzalayıblar.
“Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarusun Bobruysk şəhərinin “Bobruisk Integrated Printing House” çap evində iki növ blok olmaqla, hər biri 5 000 ədəd tirajla çap edilib. Buraxılış üzrə hər bir blok 4 marka, ümumilikdə isə 8 markadan ibarət kiçik vərəqlər şəklindədir.