CƏMİYYƏT


Doğum günündə şəhadətə yüksələn Hüseyn Xanməmmədov

Qarabağ iqtisadi rayonlarında lokal xarakterli antiterror əməliyyatları keçirilən zaman separatçıların gülləsinə tuş gələnlərdən biri də Hüseyn Xanməmmədov oldu. Zaqatalanın Qımır kəndindən olan müddətli həqiqi hərbi qulluqçumuz anası ilə sonuncu telefon danışığında “Ana, bir azdan toya gedirik. İnşallah konstitusiya quruluşumuzu təmin edib gələcəyik” deməklə fikrini tamamlayıb. O, sentyabrın 20-də, doğum günündə şəhadətə yüksəlib.