SİYASƏT


Bakı Təşəbbüs Qrupunun üzvü BMT-nin komitə iclasında Fransanı sərt tənqid edib

Bakı Təşəbbüs Qrupunun idarə heyətinin Fransız Polineziyasından olan üzvü xanım Ella Tokoraqi BMT-nin 4-cü Komitəsinin iclasındakı çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid edib.
AZƏRTAC xəbər verir ki, o, doğma xalqı ilə həmrəylik nümayiş etdirərək Fransız Polineziyasının müstəmləkəçilikdən azad olması uğrunda mübarizəsini müdafiə etdiyinə görə Qoşulmama Hərəkatına minnətdarlığını bildirib.