Avropa Liqası: “Qarabağ” qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb
06.10.2023 [10:06]
Xəbərin mətni
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi İsveçdə “Hekken” klubunun qonağı olub. “Ullevi” stadionunda oynanılan qarşılaşma Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.