Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsini deputatlar tənqid etdi
06.10.2023 [20:17]
Avropa Parlamenti Xocalı faciəsinə göz yumdu, rayonlarımızın işğalına göz yumdu. Separatçılara maliyyə yardımı ayırdılar, Ermənistanı işğalçı dövlət kimi tanımadılar. Ermənistana sanksiya tətbiq etmədilər və nəticədə Ermənistan etnik təmizləmə siyasəti həyata keçirdi. Bu siyasəti də çox acımasızcasına, azərbaycanlılara qarşı çox ağır işgəncələrə yol verməklə, qarlı soyuq havada adamları öz evlərindən eşiklərindən ayaqyalın qovmaqla, insanları Araz çayına tökməklə bu etnik təmizləməni həyata keçirdilər. Ancaq Avropa bu zaman onları görmədi, Avropa Ermənistana sanksiya tətbiq etmədi.