İQTİSADİYYAT


74-cü Beynəlxalq Astronavtika Konqresi başa çatdı

Bakının ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin (İAC2023) bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində çıxış edən Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger bu mötəbər tədbirin 50 il öncə Bakıda keçirildiyini xatırladıb. O bildirib ki, Azərbaycan bu dəfə yenidən bütün kosmos icmasını öz dəyərli və zəngin mədəniyyətinə layiq yüksək səviyyədə qəbul etdi. Kosmos icmasının bu gün Bakıda toplaşıb Azərbaycanın yaratdığı əlverişli şəraitdə ideyalarını, biliklərini bölüşməsi tarixi məqamdır.