İsraildəki Azərbaycan səfirliyi vətəndaşlarımıza çağırış etdi
07.10.2023 [15:46]
İsrail və Həmas arasında səhər saatlarında başlayan silahlı qarşıdurma hələ də davam etməkdədir. Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu vaxta qədər İsraildə ölən və yaralanan şəxslər arasında Azərbaycan vətəndaşının olması barədə hər hansı məlumat daxil olmayıb.
Nazirlik həmçinin Azərbaycanın İsraildəki səfirliyi ilə mütəmadi təmasda olduğunu diqqətə çatdırıb.