Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xəzri-2023” birgə taktiki təlimi başa çatıb

08.10.2023 [12:12]

Xəbərin mətni

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 8-də Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanov, hər iki ölkənin təlimə qatılan hərbi qulluqçularının və media nümayəndələrinin iştirakı ilə təntənəli bağlanış mərasimi keçirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI