Meksika televiziyasında Azərbaycana qarşı ikili standartlardan bəhs olunub
08.10.2023 [13:40]
Xəbərin mətni
Meksikanın nüfuzlu xəbər kanallarından olan “Milenio” televiziyasında yayımlanan “Sərhədlər arasında” həftəlik analitik-informasiya proqramı zamanı ölkəmizin Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi və onun nəticələri, eləcə də Qərbin riyakar siyasəti və Azərbaycana qarşı apardığı qərəzli propaqandadan söhbət açılıb.