SİYASƏT


Rusiya XİN: Cənubi Qafqazda dinc həyat qurulmasının vaxtı gəlib çatıb

Bakı ilə İrəvan tərəfindən iki ölkənin suverenliyinin qarşılıqlı şəkildə tanınmasının ardından Cənubi Qafqazda dinc həyat qurulmasının vaxtı gəlib çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 10-da dərc olunmuş “BMT Nizamnaməsinin prinsiplərinə onların bütün məcmusu və qarşılıqlı əlaqələri ilə əməl edilməsi beynəlxalq sülhün və sabitliyin rəhnidir” adlı məqaləsində yazıb.
Rusiyalı nazir hesab edir ki, hazırda Brüssel öz siyasi ambisiyaları fonunda Azərbaycan və Ermənistana “vasitəçilik xidmətləri” üzrə şərtlərini diktə edir və Vaşinqtonla birlikdə Cənubi Qafqaza qeyri-sabitlik gətirir.