MƏDƏNİYYƏT


Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılıb

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonunda neft və qaz sənayesi işçilərinin peşə bayramı ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan “SOCAR RUS” şirkəti və Geologiya, Neft və Qaz Muzeyi tərəfindən birgə təşkil olunan “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və mesenat. Şəxsiyyətin Rusiya və Azərbaycan tarixindəki rolu” adlı sərginin açılışı olub.