İQTİSADİYYAT


Azərbaycanda POS-terminalların sayı niyə azalıb?

Mərkəzi Bankın məlumatına görə Azərbaycanda POS-terminalların sayında azalma müşahidə olunur. Belə ki, qurumun son statistikasına görə sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılan POS-terminalların ümumi sayı avqust ayı ilə müqayisədə 2.2 faiz və ya 1861 ədəd azdır. Bəs görəsən rəqəmsallaşan dünyada, nağdsız ödənişlərin artması lazım olan bir zamanda POS-terminalların azalmasının səbəbi nədir? İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə quraşdırılan posterminalların sayının azalması hazırda vətəndaşların bu sahədə aldığı xidmətlərin azalmasından daha çox, banklar və sahibkarlar arasındakı xidmət dəyişikliyi ilə əlaqədardır.