Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT-in “İnsan ölçüsü” üzrə konfransında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb

11.10.2023 [20:39]

Xəbərin mətni

Qərbi Azərbaycan İcması oktyabrın 11-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in illik “İnsan ölçüsü” üzrə konfransı çərçivəsində “Evə qayıdış: Qaçqınların qayıdış hüququnun təmin edilməsi” mövzusunda tədbir təşkil edib.
İcmadan AZƏRTAC-a bildiriblər ki, ATƏT-in iştirakçı dövlətlərinin, beynəlxalq təşkilatların və insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lər və mütəxəssislərin iştirakı ilə keçirilmiş tədbirdə təhlükəsiz və ləyaqətli qayıdışın insan hüquqlarının aliliyinin təmin olunması, dünyada köçkün probleminin davamlı həlli yolu kimi təşviq edilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI