İQTİSADİYYAT


Tikinti materiallarının ucuzlaşması evlərin qiymətinə necə təsir edəcək?

Azərbaycanda tikinti materialları bazarında ucuzlaşma müşahidə olunur. Bəzi insanlar bunu mövsümlə, bəziləri isə Rusiyada rublun ucuzlaşmasıyla əlaqələndirir. Tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, qiymətlərin ucuzlaşmasının səbəbi Rusiyada tikinti materiallarının qiymətinin kəskin aşağı enməsidir. Belə ki, ölkəmizdə tikinti materiallarının əsas idxalı Rusiyadan olduğu üçün bu da qiymətlərə təsirsiz ötüşməyib.