Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Seyidov: Beynəlxalq təşkilatlar regionda yenidən separatizmin yaranmasını dəstəkləyir

12.10.2023 [20:54]

Xəbərin mətni

Bugünkü məruzənin adından beynəlxalq təşkilatlara etimadın itdiyini görürük. Onu bərpa etmək üçün əlimizdən gələni etməliyik. Bəs bu etimad niyə itib? Etimadın itməsinin ilkin səbəbi sülh haqqında çox danışılması və ədalətlə bağlı çox cüzi addımlar atılmasıdır. Bəs ədalətsiz sülhü necə yaratmaq olar? Bu mümkün deyil. Ədalətsiz sülh çox kövrək olacaq, davamlı və əbədi olmayacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyası çərçivəsində “Münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutların etimadının bərpasında və dünyada sülhün təşviqində Avropa Şurasının rolu” adlı məruzənin müzakirəsi zamanı çıxışında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI