“Şuşa Türk dünyasının mədəniyyət paytaxtı" adlı poçt markası hazırlanıb
14.10.2023 [14:53]
Xəbərin mətni
I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində oktyabrın 14-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" adlı poçt markası “Birinci gün zərfi”nin rəsmi möhürlənmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, markalara TÜRKSOY-un Baş katibi Sultan Raev və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən möhür vurulub, imzalar atılıb.