Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda örtük altında çiyələk əkininə başlanılıb

14.10.2023 [19:15]

Xəbərin mətni

Cəlilabad rayonunda yetişdirilən çiyələyin xarici bazarlara çıxarılma perspektivləri çox olduğundan fermerlər bu sahəyə xüsusi maraq göstərirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq bir neçə gündür yeni salınan çiyələk sahələrində növbəli şitillərin açıq sahələrə köçürülməsinə başlanılıb. Son günlər havalar əkin üçün əlverişsiz keçsə də, fermerlər günəşli havalarda bu prosesi tez bir zamanda başa çatdırmaq niyyətindədirlər. İndi onların əsas qayğıları payız əkini kampaniyasını vaxtında və qaydalara uyğun başa çatdırmaqdır. Bu məqsədlə əkin kampaniyasına kifayət qədər işçi qüvvəsi cəlb edilib.