Şəhid Daşdəmir Paşayevin əziz xatirəsi anılıb
15.10.2023 [13:41]
Xəbərin mətni
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Daşdəmir Paşayevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə nazirliyin və ictimaiyyətin nümayəndələri, hərbi institutun zabit, müəllim və kursant heyəti, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və məktəblilər iştirak ediblər.