İQTİSADİYYAT


Azərbaycan şirkətləri məhsullarını Çinin ən böyük ticarət sərgisində nümayiş etdirir

Çinin xarici ticarətində mərkəz rolunu oynayan Quancou şəhərində ölkənin ən böyük ticarət sərgisi olan Çin idxal və ixrac sərgi-yarmarkanın (Kanton sərgisi) payız sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, 134-cü dəfə keçirilən Kanton sərgisində 28 mindən çox şirkətin 74 mindən çox köşkü fəaliyyət göstərəcək. Üç mərhələdə noyabrın 4-dək keçiriləcək sərgi-yarmarkanın ekspozisiya sahəsi 1,55 milyon kvadratmetrdir.