Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda Qudyalçay üzərindən yeni alternativ yol çəkilir

16.10.2023 [16:40]

Xəbərin mətni

Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşası sürətlə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilir. Müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunur.