RƏSMİ


Prezident İlham Əliyev Füzuli rayonunun Cuvarlı kəndinin təməlini qoyub

Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Füzuli rayonunun Cuvarlı kəndinin təməlinin qoyulması mərasimində iştirak etdi.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov kənddə görüləcək işlər barədə məlumat verdi.