İQTİSADİYYAT


Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçirilir

Oktyabrın 17-18-də Pekində 3-cü “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu keçirilir. Təşkilat komitəsinin məlumatına əsasən, forumda 140-dan çox ölkənin dövlət və hökumət başçıları, yüksəkvəzifəli rəsmi şəxsləri, 30-dan çox beynəlxalq və regional təşkilatın rəhbərləri, ümumilikdə 4 mindən artıq nümayəndə iştirak edir. Açılış mərasimi oktyabrın 18-də keçiriləcək forumun müxtəlif mövzularda bölmə iclaslarında “Bir kəmər, bir yol” təşəbbüsü üzrə əməkdaşlıq məsələləri, habelə “yaşıl” inkişaf, rəqəmsal iqtisadiyyat, təmiz ipək yolu, dənizçilik əməkdaşlığı müzakirə olunacaq.