İQTİSADİYYAT


Azərbaycanın Energetika Nazirliyi Çinin Milli Enerji Administrasiyası ilə Anlaşma Memorandumu imzalayıb

“Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çinin Milli Enerji Administrasiyasının rəhbəri Can Cienhua ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində, habelə ikitərəfli formatda iki ölkə arasında münasibətlərin inkişafına dair müzakirələr aparılıb. “Bir kəmər, bir yol”u ilk dəstəkləyən ölkələrdən olan Azərbaycanın müxtəlif layihələrlə bu qlobal təşəbbüsün reallaşmasına töhfələrindən danışılıb.