İQTİSADİYYAT


Si Cinpin: Çin Transxəzər beynəlxalq nəqliyyat dəhlizində iştirak edəcək

“Bir kəmər, bir yol” təşəbbüsü üzrə nəqliyyat-logistika əməkdaşlığından danışan Si Cinpin deyib ki, Çin yüksək keyfiyyətli “Bir kəmər, bir yol” əməkdaşlığı üçün birgə səy göstərərək çoxşaxəli əlaqə şəbəkəsi quracaq. Çin lideri bu istiqamətdə ölkəsinin Transxəzər beynəlxalq nəqliyyat dəhlizində iştirak edəcəyini, Çin-Avropa dəmir yolu əməkdaşlığı forumunu təşkil edəcəyini açıqlayıb.