Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DTX Qanunsuz erməni silahlı birləşmələrinin radiomaneələr yaradan qurğularının görüntülərini yaydı

19.10.2023 [10:43]

Xəbərin mətni

Qanunsuz erməni silahlı birləşmələrinin hava nəqliyyatına yaratdıqları radiomaneələr Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ciddi araşdırılır.
Bu barədə AZƏRTAC-a DTX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib.