İQTİSADİYYAT


Sərsəng və Suqovuşan su anbarlarının ölkə iqtisadiyyatına hansı faydaları olacaq?

Sərsəng su anbarının uzun illər erməni işğalında olması həmin bölgəyə yaxın kənd təsərrüfatına yararlı ərazilərin uzun müddət susuz qalmasına səbəb olub. Artıq bu problem də aradan qaldırılıb. Bundan sonra Sərsəng su anbarının faydalarından həm kənd təsərrüfatı sahəsində istifadə etmək mümkün olacaq, həm də ona yaxın ərazilərin su ilə bağlı digər tələbatların təmin edilməsinə xidmət edəcək.