İQTİSADİYYAT


“Rebuild Karabakh” sərgisində 14 sahibkarlıq subyektinin məhsulları təqdim olunur

Bakıda Xəzər İnşaat Həftəsi ilə payız sərgi mövsümünə start verilib. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat - “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu - “Aquatherm Baku” sərgiləri işə başlayıb. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road&Traffic” sərgisi də təşkil edilib.