MƏDƏNİYYƏT


“Şirvanşahların minilliyi” və “Kəlam və Fırça” kitabları təqdim olunub

Paşa Həyat Sığortanın dəstəyi ilə İRS Publishing House” çap evi tərəfindən nəşr olunan “Şirvanşahların minilliyi” və “Kəlam və Fırça” kitablarının təqdimat mərasimi keçirilib. Təqdimatda dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, bu cür kitabların tariximizin, mədəniyyətimizin, incətənətimizin yaşadılması və tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir. İrs jurnalının baş redaktoru Musa Mərcanlı bildirib ki, indiyə qədər İrs seriyasına aid ölkəmizin tarixinə, mədəniyyətinə və incəsənətinə həsr olunan 20-dən çox kitab nəşr olunub. Bu gün təqdim olunan kitablar isə Şirvanşahlar dövlətinin tarixindən bəhs edir.