“Mustafa Kamal Atatürk – 2023” təlimində gecə məhdudgörmə şəraitində tapşırıqlar məşq etdirilib
20.10.2023 [12:24]
Xəbərin mətni
Cari ilin oktyabrın 23-25 tarixlərində Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər.