Hadrutda gənc energetiklərin ilk Beynəlxalq Peşə Ustalığı Yarışmasının qalibləri mükafatlandırılıb
20.10.2023 [14:22]
Xəbərin mətni
"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Hadrutda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Türkiyə və Özbəkistan energetiklərindən ibarət komandalar iştirak edib.