Azad olunan ərazilərin internet təminati necə olacaq?
20.10.2023 [19:05]
İşğaldan azad edilən ərazilərin yenidən qurulmasında bugün bir çox işlər görülür, bunlardan biri də həmin ərazilərdə telekommunikasiya şəbəkələrinin qurulması, o cümlədən telefon və internet xidmətlərinin göstərilməsidir. Bəs görəsən azad olunan ərazilərin internetlə təmin olunması istiqamətində aparılan işlər hansı mərhələdədir? Aztelekomun mətbuat katibi Alidə Mustafayeva bildirdi ki, ilkin mərhələdə işğaldan azad edilən bütün ərazilərə 1100 km magistral fiberoptik və ya onun alternativi olan xəttlərin çəkilməsi hədəflənib.