Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

22.10.2023 [17:28]

Xəbərin mətni

Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidləri Ramiz Qasımov, Səbuhi Orucov, Nazim Kirxlarovun və Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI