SİYASƏT
İstanbulda OANA-nın konfransı keçirilir
23.10.2023 [15:17]
Xəbərin mətni
Oktyabrın 23-də İstanbulda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) konfransı keçirilir.
“Xəbər agentliklərinin dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığı” mövzusunda keçirilən konfransda AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev də iştirak edir.
Tədbirdə çıxış edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyənin Anadolu Agentliyinin rəhbəri Serdar Karagöz, OANA-nın prezidenti və İRNA-nın icraçı direktoru Əli Naderi bildiriblər ki, OANA-nın builki konfransının mövzusunu müəyyən edərkən dezinformasiyaya və onunla mübarizə strategiyalarına diqqət yetirilib.