SİYASƏT


Rotterdamda soydaşlarımızla keçirilən görüşdə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışılıb

Azərbaycandan gəlmiş nümayəndə heyətinin üzvləri Rotterdamda yerləşən Qarabağ İdman klubunun ofisində Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi ilə əlaqədar Niderlanddakı soydaşlarımızla görüşüblər.Görüşdə Qərbi Azərbaycandan olan və Niderlandda yaşayan, eləcə də digər soydaşlarımız iştirak ediblər. Söhbət zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ətrafında fikir mübadiləsi aparılıb. Soydaşlarımız yaşadıqları ölkədə Konsepsiyanın həyata keçirilməsi, soydaşlarımızın Ermənistandan mərhələlərlə qovulması ilə bağlı yerli ictimaiyyətin məlumatlandırılması və bu istiqamətdə hüquqi maarifləndirmənin həyata keçirilməsi kimi məsələləri müzakirə ediblər.