Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan və Türkiyə hərbçilərinin birgə taktiki təlimi

24.10.2023 [12:23]

Xəbərin mətni

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi çərçivəsində oktyabrın 24-də “Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
Qeyd edək ki, təlimdə təmas xəttində yerləşən mövqelərin şərti düşməndən azad olunması və birliklərin irəliləməsi üçün Azərbaycan və Türkiyə komando bölükləri tərəfindən birgə sızma fəaliyyətlərinin icra edilməsi, şərti düşmən PUA-sına radiomaneələr tətbiq edilərək onun döyüş tapşırığını (kəşfiyyatın aparılması) yerinə yetirməsinə imkan verilməməsi, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə şərti düşmənin Hava Hücumundan Müdafiə vasitələrinin fəaliyyətinə maneələr yaradılması əməliyyatları icra edilir. Həmçinin bölmələrimizin mütəşəkkil irəliləməsi təmin edilir, əldə olunmuş atəş üstünlüyü qorunub saxlanılır, Azərbaycan və Türkiyə hərbçilərindən təşkil olunmuş taktiki qrupların və xüsusi təyinatlı qrupların hərəkəti təmin olunur.